Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 02:12

İctimai Palatada son istefalarla bağlı qapalı toplantı


-
İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar iclası başlayıb.

İclas İctimai Palatadan olan son istefalarla bağlıdır.

Bu haqda AzadlıqRadiosuna Koordinasiya Şurasının üzvü Pənah Hüseyn məlumat verib.

Şura üzvləri Vidadi Mirkamalın təşəbbüsü ilə toplanıblar.

«Məqsəd baş verənlərə birdəfəlik aydınlıq gətirməkdir», - deyə Pənah Hüseyn bildirib.

İclas qapalı keçirilir.

Ötən həftə Azərbaycanda 10-dan artıq partiya Avropa Parlamentinə müraciət edib. Onlar qurumun Azərbaycan zabiti Ramil Səfərovla bağlı qətnaməsinə etirazlarını bildirmişdilər. Bu sənədə İctimai Palataya daxil olan müxalifət liderlərinin qoşulması birmənalı qarşılanmayıb. Bundan sonra Koordinasiya Şurasından istefa verənlər olub.
XS
SM
MD
LG