Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

576 dini icma qeydiyyatdan keçib


Azərbaycanda 2009-cu ildən bəri 576 dini icma qeydə alınıb. Onlardan 555-i islam, 21-i qeyri-islam təmayüllüdür.

Bu məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli açıqlayıb. Onun sözlərinə görə, 21 qeyri-islam təmayüllü icmadan 12-si xristian, 6-sı yəhudi, 1-i krişna, 2-si bəhailərə aiddir.

Mətbuat katibi prezidentin göstərişi ilə Qafqaz Müsəlmanları İdarəsinə verilən Fatimeyi-Zəhra məscidinin qeydiyyat üçün hələlik Komitəyə müraciət etmədiyini bildirib. Məscid müraciət edərsə buna baxılacağını söyləyib.

Orxan Əli onu da deyib ki, Azərbaycanda 1834 məscid fəaliyyət göstərir. Həmin məscidlərin 135-i Bakıda yerləşir. Bundan başqa ölkədə 12 kilsə, 6 sinaqoq da fəaliyyətdədir.
XS
SM
MD
LG