Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:51

iPhone 5 satışa çıxarıldı


Apple-in son istehsalı olan iPhone 5 modelinin dünyanın müxtəlif ölkələrində satışı başlanıb. Avstraliyanın Sidney şəhərində iPhone 5-in satışında böyük izdiham olub. Səhər tezdən mağazaların qarşısında növbələr yaranıb.

iPhone 5 Yaponiyada da maraqla qarşılaıb. Texnologiya sevən yaponlar yeni model üçün saatlarla növbələrdə dayanıb.

Sentyabr ayında 10 milyon iPhone 5 satılması gözlınilir. Apple yeni modeli ilin sonuna qədər 100 ölkədə satışa çıxarmağı planlaşdırır.

Apple şirkətinin rəsmisi Phil Schiller bildirib ki, "yeni iPhone yalnız şüşə və alüminiumdan hazırlanıb. Əlavə edib ki, iPhone 4 və 4S-lə müqayisədə iPhone 5 “daha xəfif və incə”dir.

Əvvəlki iPhone-lardan 2 qat güclü işləyən yeni iPhone 5, 8 meqapiksel kamera daxil olmaqla 3264x2448 dəqiqliyində foto çəkə bilir. Sürətli foto çəkmək imkanı olan iPhone 5 vasitəsiylə panorama görüntüləri də çəkmək olar.

iPhone 5-in çəkisi 112 qramdır.
XS
SM
MD
LG