Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:48

ABŞ USAİD-nin fəaliyyəti üçün Rusiyadan vaxt istəyib


ABŞ USAİD-nin Rusiyada fəaliyyət göstərməsi üçün Moskvadan bir az da vaxt istəyib.

Rusiya USAİD-nin fəaliyyət göstərməsi üçün oktyabrın 1-ə qədər vaxt verib. Moskva təşkilatı ayırdığı qrantlar vasitəsi ilə Rusiyadakı seçkilərə təsir etmək cəhdində ittiham edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland deyib ki, onlar həyata keçirdikləri proqramların sona çatdırılması üçün Rusiyadan vaxt istəyiblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Alexander Lukashevich isə deyib ki, Moskva öz mövqeyində qalır. Sözçü bildirib ki, “artıq qərar qəbul olunub və suveren dövlətin qərarı həyata keçirilməlidir”.
XS
SM
MD
LG