Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Avropa Parlamentinin komitəsi rusiyalı məmurlara qarşı sanksiyalara çağırıb


Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsi Avropa Birliyi ölkələrini Sergey Maqnitskinin Moskva təcritxanasında müəmmalı ölümünə görə, Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Söhbət bu siyahıya düşən məmurlara qarşı viza qadağası və bank hesablarının dondurulmasından gedir.

Bu ilin oktyabrında Avropa Parlamentində bu məsələyə baxılacağı gözlənilir.

Amçinin ABŞ Konqresi hazırda bu məsələyə baxır.

“Hermitage Capital” fondunun hüquqşunası Sergey Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
XS
SM
MD
LG