Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:21

Britaniyada Litvinenkonun ölümü ilə bağlı istintaq başlayacaq


Gələn ilin əvvəllərində Böyük Britaniyada Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Aleksandr Litvinenkonun ölümüylə bağlı istintaq başlayacaq.

Qərarı cümə axşamı Londonun Ali Məhkəməsi qəbul edib.

Amma Litvinenkonun Britaniya kəşfiyyatı ilə əlbir olmasının mümkünlüyü barədə polis məlumatlarının bir qismi açıqlanmayacaq.

Litvinenko 2006-cı ilin noyabrında Londonda radiaktiv zəhərlənmədən ölüb.

Pritaniya prokurorluğu onun ölümündə rusiyalı iş adamı, Rusiya Federal Təhlükəsizlik
Xidmətinin keçmiş əməkdaşı Andrey Luqovdan şübhələnir.

Rusiya onu Böyük Britaniyaya verməkdən imtina edir.

Amma bu məhkəmənin hüquqi statusu olmayacaq və günahkarlara cəza çıxarıla bilməz.
XS
SM
MD
LG