Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

ABŞ Benqazidəki konsulluğuna hücumun terror aktı olduğunu deyir


“Sentyabrın 11-də Benqazidəki ABŞ konsulluğuna edilmiş hücum terror aktıdır.

Amma bu çox güman ki, əvvəlcədən planlaşdırılamyıb”.

Bunu ABŞ Terrorizmlə Milli Mübarizə Mərkəzinin direktoru Matthew Olse (Metyu Olsen) çərşənbə günü konqresmenlər qarşısında çıxış edərkən deyib.

O həmçinin hücum edənlərdən bəzilərinin əl Qaidə ilə əlbir olmasını göstərən faktlar olduğunu bildirib.

Liviya hakimiyyəti bundan əvvəl hücumu təşkil edənlərin konsulluğun qarşısında keçirilən etiraz aksiyasından istifadə etdiklərini bildirmişdi.

Hücum zamanı ABŞ-ın Liviyadakı səfiri və digər 3 amerikalı diplomat öldürülüb.
XS
SM
MD
LG