Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 22:54

Bakıda 100-dən çox avtobus sürücüsü işdən çıxarılıb


Bakı şəhərində 100-dən çox sürücü avtobuslarını idarə edərkən qəza şəraiti yaratdığına görə işdən çıxarılıb.

Bu barədə ANS TV-yə müsahibəsində Nəqliyyat Nazirliyi mətbuat katibliyinin müdiri Namiq Həsənov deyib.

O, avtobuslarda bir sıra yeniliklərin olacağını da bildirib.

«Sürücülərin ad, familiyası və onlar haqqında məlumatlar avtobusların içərisində xüsusi lövhədə qeyd olunacaq. Sərnişinlər Nəqliyyat Nazirliyinin «Qaynar xətti»nə avtobus sürücüsünün səhlənkarlığı, törətdiyi qəzalar və s. şikayətlər barədə elə yerindəcə məlumat verə biləcəklər».

Namiq Həsənova görə, bununla Nəqliyyat Nazirliyi sərnişinlərin köməyilə sürücülərin fəaliyyətinə birbaşa nəzarət edə biləcək.
XS
SM
MD
LG