Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Kanada qədər var-dövləti olan 400 varlı


Forbes Amerikanın ən varlı 400 adamının siyahısını açıqlayıb.

Bu 400 şəxsin birlikdə 1 trilyon 680 milyard dolları var.
Müqayisə üçün, Kanadanın Ümumi Daxili Məhsulu ildə 1 trilyon 700 milyard dollardır.

Bu adamların orta hesabla hərəyə 4,2 milyard dollar sərvəti var.
Keçən il bu, 3,8 milyard idi.

Siyahıda birinci yerdə Bill Gatesdir. Microsoft şirkətinin 56 yaşlı sahibinin 66 milyardı var.

Gatesin dostu, 82 yaşlı maliyyəçi Warren Buffet ikinci yerdədir. Onun 46 milyardı var.

Oracle şirkətinin sahibi 68 yaşlı Larry Elisson 3-cü yerdədir- 41 milyard.


MARAQLI STATİSTİKA


Son bir ildə siyahıda olan 241 adam daha da varlanıb, 66 adam “kasıblayıb”.

Siyahıda 355 kişi, 45 qadın var.

Qadınlar arasında ən varlı Alice Wailtondur. Walmart satış şəbəkəsinin sahiblərindən olan bu qadının var –dövləti 23 milyarddır.

Siyahıda birinci 10-luqda Walton ailəsinin 4 üzvü var.

400 ən varlı siyahısında ən cavan 28 yaşlı Dustin Moskovitsdir. O, Facebookun payçılarındandır.
Ən qoca isə 97 yaşlı David Rockafellerdir. Onların hərəyə 2,7 milyardı var.

Ən cavan və ən qoca varlı siyahıda yanaşıdırlar - 151-ci yeri bölüşürlər. Bu yerdə olanlardan biri də telejurnalistika ilə milyardlar qazanmış Oprah Winfreydir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG