Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 06:09

Jennifer Lopez Bakıya yola düşüb


Jennifer Lopez
-

«Qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram». Bunu Bakıda çıxış edəcək tanınmış müğənni Jennifer Lopez öz internet səhifəsində yazıb.

Müğənni qarşıdan həftəsonunu Bakıda keçirmək üçün yola çıxdığını qeyd edib:

«Bu, mənim Azərbaycana ilk səfərimdir. Dünyanın hər yerindən güclü və insanı ruhlandıran xanımların iştirak etdiyi idman çempionatının bir hissəsi olmaqdan şərəf duyuram».

Jennifer Lopez Bakıya sentyabrın 21-də gələcək. Müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək «FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012»-nin rəsmi açılışı mərasimində çıxış edəcək. Sentyabrın 23-də isə o, «Baku Crystal Hall» səhnəsində solo-konsert verəcək.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG