Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:15

Obama və Karzai video konfrans keçirib



ABŞ prezidenti Barak Obama sentyabrın 19-da əfqan həmkarı Həmid Karzai ilə video konfrans keçirib. Konfransda qismən ABŞ, koalisiya və əfqan qoşunlarına daxili hücumlara qarşı cəhdlərə toxunulub.

Bu il ərzində Əfqanıstanda azı 51 əcnəbi hərbçi daxili hücumçular tərəfindən öldürülüb.

Bu arada, üç ABŞ senatoru John McCane, Lindsey Graham və Joe Lieberman cinayətləri təsirini qiymətləndirmək üçün “strateji fasilə” ilə bağlı Obamanın sözçüsü Jay Carneyə müraciət edib. Onların müraciətinə rədd cavabı verilib.

Ağ Evin məlumatına görə, Obama və Karzai Məhəmməd peyğəmbərin ələ salındığı filmin müsəlmanları təhqir etməsini və bu hadisənin qarşıdurmalara gətirib çıxarmasını da müzakirə ediblər.
XS
SM
MD
LG