Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 22:02

Şəmkirdə yeni müəssisələr yaradılacaq


Foto arxiv
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Fond Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən müasir meyvə-tərəvəz emalı müəssisəsi, kiçik və ya orta həcmli istixana təsərrüfatları, müasir üzüm emalı müəssisəsi, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatları, müasir soyuducu anbar kompleksi və müasir texnologiyalara əsaslanan çörək istehsalı müəssisəsi yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğunsayıb.

Sahibkarlar SKMF-dən bu sahələr üzrə layihələr eldə edə bilərlər.

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin 100%-i dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
XS
SM
MD
LG