Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:20

Rövnəq Abdullayev neftçiləri təbrik edib


ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev «Neftçilər günü» münasibəti ilə Azərbaycan neftçilərinə təbriklərini ünvanlayıb.

«Neft və qaz hasilatında rekord göstəricilərə, istehsalatın bütün sahələrində müasirləşməyə nail olan Azərbaycan dünyanın enerji daşıyıcıları bazarında öncül mövqeyə qədəm qoymuşdur. Xəyallar həqiqətə çevrilmiş, Azərbaycan neft sənayesinin yüz il əvvəlki şöhrəti özünə qaytarılmışdır», deyə Abdullayev təbrikində vurğulayır.

Rövnəq Abdullayev neft şirkətinin həyata keçirdiyi layihələri, regional əməkdaşlığı xatırladaraq bildirir ki, hələ qarşıda çox mühüm layihələr həyata keçiriləcək.

1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə «Əsrin müqaviləsi» bağlanır. O vaxtdan bəri 20 sentyabr «Neftçilər günü» kimi qeyd olunur
XS
SM
MD
LG