Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:01

Neft Fondu 10 ton qızıl alıb


Azərbaycan Dövlət Neft Fondu yeni investisiya alətlərinin tətbiqi çərçivəsində artıq 10 ton qızıl alıb.

Bu haqda Fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin qızıl London banklarında saxlanılır və onun Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq gedir:

«Neft Fondu ölkəyə gətiriləcək qızılın gömrük rüsumlarından azad olunması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bu məsələ həll olunandan sonra qızılın ölkəyə gətirilməsinə başlanacaq. Qızıl Mərkəzi Bankın xüsusi anbarlarında saxlanacaq».

Şahmar Mövsümov onu da deyib ki, Azərbaycan Dövlət Neft Fondunun gələn il üçün büdcə layihəsinin hazırlanması prosesi başa çatmaqdadır:

«Layihədə Neft Fondu tərəfindən iri neft-qaz layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub. İndiyədək fond xarici şirkətlərin səhmlərinin alınmasına 200 mln. dollar vəsait yatırıb. İlin sonunadək bu məbləğ 600 mln. dollara çatdırılacaq. Yaxın günlərdə fond bir neçə ölkədə daşınmaz əmlak alacaq».
XS
SM
MD
LG