Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Saakashvili məhbuslara işgəncə verənlərin cəzalandırılacağını bildirib


Gürcüstan prezidenti Mikheil Saakashvili Tbilisidəki 8 saylı Qldan həbsxanasında məhbuslara işgəncə vermiş şəxslərin cəzalandırılacağını bildirib.

Saakashvilinin bəyanatında bildirilir ki, “Qldan həbsxanasında baş verənlər insan ləyaqətini alçaldan və hüquqlarını pozan bir aktdır. Bu cinayətə yardım edənləri və qoşulanları ağır cəza gözləyir”.

Prezident deyib ki, işgəncə verənlərin çoxu həbs olunub. Bu faktlara görə məsuliyyət daşıyanlar da kənarda qalmayacaq. “Söz verirəm, kim ki, bu dəhşəti törədib, uzun illər həbsxanada qalacaq”, deyə Gürcüstan prezidenti bildirib.


Tbilisidəki 8 saylı Qldan həbsxanasında məhbuslara işgəncə verilməsi faktları gizli çəkilib və “Maestro” və “TV-9” kanallarında yayımlanıb.
XS
SM
MD
LG