Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:11

Vəfa Quluzadə: “ABŞ güney məsələsi ilə İran daxilində cəbhə açmaq istəyir”


Vəfa Quluzadə (Foto: Turan İnformasiya Agentliyi)
Vəfa Quluzadə (Foto: Turan İnformasiya Agentliyi)
-

Vəfa Quluzadə: “İsrail təkbaşına İranı vura bilməz”.

Zərdüşt Əlizadə: “Əsas hədəf İranın zəngin neft və qaz yataqlarıdır”.



Samuel R.Berger sentyabrın 18-də “Foreign policy” jurnalında dərc edilmiş məqaləsində yazır ki, Yaxın Şərqdəki qarmaqarışıqlığa baxmayaraq xarici siyasətlə bağlı məsələlər, çətin ki, Amerikadakı prezident seçkilərinə ciddi təsir etsin. Amma yəqin ki, prezident seçkilərinin nəticəsi ABŞ-ın xarici siyasətinə böyük təsir göstərəcək. Aydınlaşacaq ki, Amerika İrana hücum edəcəkmi? Edəcəksə, nə vaxt, kiminlə birlikdə?

Müəllif qeyd edir ki, istər hazırkı prezident Barack Obama, istərsə də onun rəqibi - respublikaçı Mitt Romney bəyan ediblər ki, İranın nüvə silahı əldə etməsinə, beləliklə də ABŞ-ın regiondakı əsas müttəfiqi olan İsrailin mövcudluğuna təhlükə yaratmasına imkan verməyəcəklər.

Onların hər ikisi bildiriblər ki, bunun qarşısını almaq üçün, lazım gələrsə, hərbi güc tətbiq etməyə hazırdırlar.

"QIRMIZI XƏTT"

Amma Israil və Amerikanın İrana mümkün hücumla bağlı mövqeləri fərqlənir. İsrail rəhbərliyi istəyir ki, ABŞ İranla bağlı “qırmızı xətt” müəyyən etsin. Əgər İran həmin “qırmızı xətt”i keçərsə, Amerika müharibəyə başlasın. “Qırmızı xətt” deyəndə İsrail İran
Barack Obama və Mitt Romney
Barack Obama və Mitt Romney
tərəfindən Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin ölkəyə buraxılmaması, yeni gizli nüvə obyektləri barədə məlumatın ortaya çıxması, uranın 20 faizdən çox zənginləşdirilməsi, sürətli silahlanmanın davam etdirilməsi kimi addımları nəzərdə tutur.

Amerika isə belə bir “qırmızı xətt”i hələ ki qəbul etmək istəmir və düşünür ki, İrana qarşı sanksiyaların öz təsirini göstərməsini gözləmək, eyni zamanda diplomatik səyləri davam etdirmək lazımdır.

Məqalə müəllifi qeyd edir ki, bu, indiki prezident Obamanın yürütdüyü siyasətdir. Onun seçkidəki rəqibi isə M.Romney isə İsrailin mövqeyi ilə səsləşən bəyanatlar verir, hesab edir ki, İranla aparılan danışıqlarda bütün imkanlar tükənib və Tehrana qarşı daha sərt olmaq lazımdır.

Amma məqalədə deyilir ki, “daha sərt olmağ”ın nə demək olduğu hələ ki bilinmir. Çünki ABŞ Konqresi İrana neft, maliyyə və s. sahələrdə ən sərt embarqolar qoyub, bundan o yana sanksiyalar isə artıq adi iranlıların vəziyyətini ağırlaşdıra bilər. Romney-in mövqeyi, onun fikrincə, ölkəni yeni müharibə astanasına aparıb çıxarmağa bənzəyir. Əgər bu baş verərsə, danışıq imkanları tükənmədən müharibəyə başlaması Amerikanı geniş beynəlxalq dəstəkdən məhrum edər.

Samuel R.Bergerə görə, yalnız danışıq imkanları tükənərsə və dünya müharibənin yeganə çıxış yolu olduğunu anlayarsa, ABŞ-ın onsuz da qarışmış Yaxın Şərqdə öz bayrağı altında yeni bir müharibəyə başlamasına ciddi yanaşıla bilər.

"İSRAİL İRANI TƏKBAŞINA VURA BİLMƏZ"

Azərbaycanlı politoloq Vəfa Quluzadə isə Azadlıq Radiosuna müsahibəsində deyir ki, İsrail təkbaşına İranı vura bilməz:

- İsrail ABŞ-ın razılığı olmadan bunu edə bilməz. Çünki İsrail İranı vursa və Amerika da bu məsələyə qarışmasa, onda İsrailin vəziyyəti olduqca gərginləşə bilər. İsrail təkbaşına İranın öhdəsindən gələ bilməz. Yalnız əgər İsrailə Amerika və NATO da qoşularsa, onda İrana sarsıdıcı zərbə vurula bilər. Əgər belə olmasa, İran cavab zərbəsi ilə bütün Yaxın Şərqi alova bürüyər. İran balaca dövlət deyil. Amerikanın bölgədəki, o cümlədən İraq, Küveyt, Bəhreyndəki hərbi obyektlərini vura bilər. Üstəlik də indi Amerikanın siyasəti göz qabağındadır. Amerika bəyan edir ki, cənubi və şimali Azərbaycan birləşməlidir. Və bu, başlanğıcdır. Bu siyasəti aparmaqla Amerika İranı daxildən parçalamaq istəyir və sayı 30 milyon olan cənubi azərbaycanlıları İran üçün daxili cəbhə etmək istəyir. Bu ondan xəbər verir ki, Amerika İrana hərbi zərbə vurmaq fikrində deyil.

- Bəs əgər ABŞ-da hakimiyyətə “İranla danışıqların imkanları tükənib” deyən M.Romney gələrsə, onda bu siyasət dəyişə bilərmi?

- Bilirsiniz, M.Romney bunu seçkilərdən əvvəl deyir və İsrailə vədlər verir. Prezidentliyə namizəd olmuş bir çox adamlar seçkidən əvvəl çoxlu vədlər veriblər. Amma seçki qurtarandan sonra onlar yenidən realistik siyasətə qayıdıblar. İndi M.Romney də İran
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
məsələsində Amerikanın maraqlarına zidd olan, onun mənafelərinə zərbə vuran addımlar atmayacaq.

"ƏSAS SƏBƏB NÜVƏ PROQRAMI DEYİL"

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, əvvəl-axır İran vurulacaq.

- Çünki müharibə üçün əsas səbəb heç də İranın nüvə proqramından gələn uydurma təhlükə deyil. Əsas hədəf İranın zəngin neft və qaz yataqları, Amerikanın bu yataqları öz nəzarəti altına almaq istəyidir. Bu həm də Amerikaya tabe olmayan ölkələrin bir-bir sıradan çıxarılması, birqütblü dünyanın gücləndirilməsi siyasətidir. İtaətkarlıq göstərməyən İran bu səbəbdən vurulacaq. O ki qaldı bəhanələrə, o qədər belə bəhanələr görmüşük ki. Vyetnam, İraq müharibələrinin başlanması üçün bəhanələri yada salaq. Amma mən düşünürəm ki, İranın vurulması Amerikadakı seçkilərə qədər baş verməyəcək. Amma gələn ilin əvvəlində bu, gerçəkləşə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG