Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:04

PKK-nın hücumunda 10 türk əsgəri ölüb, 60 yaralı var


Türkiyədə silahsız əsgərləri daşıyan maşın karvanına hücumda 10 əsgər ölüb, 60 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Hadisə ölkənin cənub-şərqində Bingöldə baş verib. Türkiyə rəsmiləri bildiriblər ki, PKK terrorçuları 15 maşınlı karvanın keçdiyi vaxt pusqu qurub, raket və qumbaraatanlarla atəşə tutublar.

Ötən həftə Baş nazir R.T.Erdogan bildirmişdi ki, təkcə son ay ərzində PKK-ya qarşı aparılan əməliyyatlar nəticəsində 500 nəfər terrorçu öldürülüb.
XS
SM
MD
LG