Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:56

NATO Əfqan ordusu ilə birgə əməliyyatlarını dayandırır


Əfqanıstandakı NATO qoşunları müvəqqəti olaraq Əfqan ordusu ilə birgə əməliyyatlarını məhdudlaşdırırlar. Britaniya Müdafiə naziri Phillip Hammond deyib ki, hələ ki, qərar tam olaraq formalaşdırmasa da, əməliyyatlara ciddi təsir etməyəcək. Əfqanıstandakı ABŞ qoşunlarının komandanı General leytenant James Terry deyib ki, bir batalyondan- 800 nəfərdən az qruplar halında birgə əməliyyatlar keçirilməyəcək. Səbəbisə, xarici əsgərlərin təhlükəsizliyini qorumaqdır.

İlin əvvəlindən bu yana Əfqan əsgərləri və polisinin hücumları nəticəsində azı 51 NATO əsgəri həlak olub. NATO 2014-cü ilin sonuna qoşunlarını ölkədən çıxaracağını elan edib.
XS
SM
MD
LG