Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 15:43

İlham Əliyev «Total» şirkətinin rəhbəri ilə görüşüb


-
Sentyabrın 17-də prezident İlham Əliyev Fransaya rəsmi səfəri çərçivəsində «Total» şirkətinin baş icraçı katibi Christophe de Margerie ilə görüşüb.

Görüş zamanı «Abşeron» və «Şahdəniz» yataqlarının işlənməsinə dair məsələlər, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Məlumatı president.az saytı yayıb.

Məlumatda bildirilir ki, İlham Əliyev «GDF-Suez» şirkətinin sədri Gérard Mestrallet ilə də görüşüb.

«Abşeron» az yatağı üzrə əməkdaşlıq perspektivlərinə, Azərbaycan əhalisinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunmasına dair fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG