Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 08:52

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi prezident təqaüdü alacaq

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Məktəbdən APA-ya verilən məlumata görə, ölkə prezidentinin sərəncamı ilə ali məktəblərin yüksək bal toplamış 102 tələbəsinə prezident təqaüdü verilib. Onlardan 11-i Bakı Ali Neft Məktəbinin qəbul imtahanlarında 665-690 bal toplamış tələbələridir.

Beləliklə, Bakı Ali Neft Məktəbinin hər 10 tələbəsindən biri prezident təqaüdünə layiq görülüb.
This item is part of
XS
SM
MD
LG