Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Bakıda qiymətlər artıb


İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda avqust ayı ərzində apardığı statistik müşahidənin nəticələrini təqdim edib. Nəticələrə görə, avqust ayında Azərbaycanda 1,06 faiz inflyasiya qeydə alınıb.

Ərzaq məhsulları 1,73 faiz, qeyri-ərzaq məhsulları 0,40 faiz, xidmət tarifləri isə 0,13 faiz bahalaşıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin səkkiz ayında ölkədə 2,52 faiz, o cümlədən Bakıda 4,62 faiz, regionlarda isə 0,46 faiz inflyasiya qeydə alınıb. Ərzaq məhsulları 4,03 faiz, xidmətlər 2,86 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,80 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 6,53 faiz bahalaşma qeydə alınıb. Bakıda qiymətlər 9,93 faiz, regionlarda isə 3,18 faiz artıb.
XS
SM
MD
LG