Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:06

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır


Bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev sentyabrın 18-də Bakıda keçirilən «Neft, Qaz və Media» konfransındakı çıxışında bildirib.

Natiq Əliyev bildirib ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Supsa neft kəmərləri Azərbaycanın qərblə siyasi əlaqələrini təmin edən körpü rolunu oynayır: «Son illər Azərbaycan qaz ixracatçısı kimi də mövqeyini möhkəmləndirib. Ötən il kəşf olunan «Ümid» qaz yatağının ehtiyatları 200 mlrd. kubmetr təşkil edir. Burda quraşdırılacaq platformanın gücünün 6 mlrd. kubmetr olduğunu nəzərə alanda, bu yataqdan 30 il ərzində qaz ixrac etmək mümkün olacaq».

Natiq Əliyev deyib ki, «Abşeron» yatağının ehtiyatları isə 350 mlrd. kubmetr təşkil edir ki, bu yataqların kəşfindən sonra Azərbaycanın ümumi qaz ehtiyatlarının həcmi 2 trln. 550 mlrd. kubmetrə çatıb.

N. Əliyev deyib ki, Azərbaycan neft-qaz nəqli üçün tranzit ölkəyə də çevrilir: «Artıq Qazaxıstan nümayəndələri bu ölkənin ən böyük neft yataqlarından biri olan «Kaşaqan» yatağının ikinci fazası çərçivəsində çıxarılacaq neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlində maraqlı olduğunu bildirib. İlkin olaraq bu kəmərlə sutkada 500 min barel Qazaxıstan neftinin nəqli gözlənilir ki, bu da ildə 23,5 mln. ton neft deməkdir. Gələcəkdə bu rəqəmin 35 mln. tona çatdırılması gözlənilir».
XS
SM
MD
LG