Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Hacı Məmmədov öldürüləcəyindən qorxur


Mətbuat icmalı
Mətbuat icmalı
HACI MƏMMƏDOV ÖLDÜRÜLƏCƏYİNDƏN QORXUR

«Yeni Müsavat» qəzeti yazır ki, 2005-ci ilin martında MTN-nin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı zamanı həbs olunan polis polkovniki Hacı Məmmədovun səhhəti normal deyil. Bu haqda İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov məlumat verib.

E. Behbudovun sözlərinə görə, H. Məmmədov şəkər xəstəsidir, qan təzyiqi ilə yaşayır, mədəaltı vəzisində problemlər var: «Amma o, özünü təbii yolla müalicə edir. Hacı Məmmədov əvvəlki kimi heç kimlə görüşmək istəmir». Komitə sədrinin sözlərinə görə, sabiq baş əməliyyat müvəkkili MTN-in təcridxanasında ayrıca kamerada saxlanılır: «O özü MTN-in təcridxanasında qalmaq üçün milli təhlükəsizlik nazirinə məktubla müraciət edib. Hacı Məmmədovdan bizim komitəyə daxil olan məktubda da bildirib ki, onu Qobustan qapalı həbsxanasına köçürsələr, orada öldürəcəklər. Ona görə də öz istəyi ilə MTN-in təcridxanasında qalır».

TQDK İLƏ TƏHSİL NAZİRLİYİ ARASINDA YENİ QOVĞA

«Bizim yol» qəzeti yazır ki, 2012-2013-cü tədris ilində TQDK-nın ali məktəblərdə apardığı qəbulun nəticələri ürəkaçan olmadı. Keçid balları ilk dəfə aşağı həddə -150 bala qədər salındı. Bu, orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin ildən-ilə aşağı düşməsinin əyani sübutudur.

«Təhsil naziri Misir Mərdanov isə balların aşağı salınmasını təhsildəki keyfiyyətlə əlaqələndirməyi yersiz hesab edib. M. Mərdanovun fikrincə, belə bir qənaətə gəlmək üçün öncə araşdırma aparılmalıdır: «Bunu araşdırmaq üçün ciddi təhlil aparmaq lazımdır. Mən bu işdən bir az baş çıxardan adamam. Ola bilməz ki, 10 milyona yaxın əhalisi olan Azərbaycanın daxilində 1 il ərzində təhsilin səviyyəsi çox aşağı düşsün. Bu, ildən-ilə sualların çətinləşdirilməsi, qəlizləşdirilməsi ilə bağlıdır. Ola bilməz ki, bu il keçid balı 250 olsun, gələn il 150-yə düşsün».

ELƏ TƏƏSSÜRAT YARANIR Kİ, PARLAMENTARLARIN BAŞQA İŞİ YOXDUR...

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsini dərc edib. Avropa Parlamentinin Ramil Səfərovla bağlı mövqeyinə münasibət bildirən Novruz Məmmədov deyib ki, «adamda elə təəssürat yaranır ki, Aİ Parlamentində Avropa Xalq Partiyasının rəhbərlik etdiyi bir qrup parlamentarın (754 deputatdan 40-ı) daha heç bir başqa işi yoxdur, oturub gözləyirlər ki, Azərbaycanla bağlı bir hadisə baş versin, onlar da tez-tələsik yığışıb sərt mövqe bildirsinlər. Sanki, bir necə ildir Avropanın bir sıra ölkələrinin böhran içərisində çabalaması, işsizlik, iqtisadiyyatın çökməsi və s. bu kimi problemlər bu parlamentarlara aid deyil. Hər şeyi belə yaxşı bilirsinizsə, o işlərlə məşğul olun, öz ölkələrinizin seçicilərini razı salın».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG