Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA deyir ki, sentyabrın 18-də Pxenyanın borclarına dair Rusiya ilə razılaşmaya imza atılıb, amma şərtlərlə bağlı hər hansı detallar açıqlanmayıb.
Şimali Koreyanın təxminən 11 milyard dollarlıq borcu Sovet dövründən bəri qalıb.
Mediada gedən məlumatlara görə, borc məsələsinin həlli ilə bağlı iki ölkə arasındakı danışıqlar bu ilin əvvəlindən aparılır.
Rusiya mediası yazır ki, Moskva Şimali Koreyaya borcun 90 faizinin silinməsini, 10 faizinin də enerji, səhiyyə və təhsil sektorunda birgə proyektlərdə istifadə edilməsi təklifini verib.