Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Əli Həsənov: Azərbaycanda iqtidar-müxalifət dialoqunun davamı olacaq


Əli Həsənov
Əli Həsənov
Müxalifətlə dialoq davam etdiriləcək. Bunu sentyabrın 18-də Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Əli Həsənov deyib ki, 2013-cü ildə ölkədə prezident seçkiləri ilidir. Siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə fəaliyyət gücləndiriləcək:

«Bilirsiniz ki, 2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir və seçkilər ilində təmaslarımızı bir az da artıracağıq, proseslərdə fəallaşma müşahidə olunacaq».

Əli Həsənov prezident İlham Əliyevin Fransa səfərinə də toxunub. Bildirib ki, Azərbaycan prezidenti hansı ölkəyə gedirsə Qarabağ məsələsi ilə bağlı müzakirələr aparır.

Bu günlərdə Azərbaycanın iqtidar və müxalifət partiyaları birgə Ramil Səfərovun işi ilə əlaqədar Avropa Parlamentinə müraciət qəbul edib. Müraciəti Yeni Azərbaycan, Ana Vətən, Ədalət, Böyük Quruluş, Müsavat, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf, Azərbaycan Sosial Rifah, Xalq partiyaları və s. qurumlar imzalayıb.

Müraciətin hazırlanması haqda təklif Yeni Azərbaycan Partiyasından gəlib.

Bu sənəd son illərdə Azərbaycanda iqtidar və müxalifət partiyalarının birgə imzaladığı ilk sənəddir.
XS
SM
MD
LG