Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:43

"Ulduz" jurnalı və ədəbi mətbəximiz


Elvin Bakiroğlu
Elvin Bakiroğlu
-

Qayıdaq Aysel Əlizadə xanıməfəndiyə. Qonum-qonşuda, Facebookda-zadda, qapıda-bacada nə qədər xanım-xatun aşpazə varsa, hamısını yığıb ətrafına, düşüb ortalığa ki, bəs nolub, nolub, ay camaat mən jurnal çıxarmışam, özü də isti-isti, lap yeməli.

Jurnalımda Yeganə Cansail adında bir yazar var. Onun hekayəsində ilk cümlə təxminən belə başlayır. “Kafeyə üz tutub səhərəcən barda əyləşdim”...



Gənc yazar Elvin Bakiroğlu "Oxu zalı"na göndərdiyi bu yazı ilə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları ilə bağlı polemikaya qoşulur.


Elvin Bakiroğlu


ƏDƏBİ MƏTBƏXİMİZ...


Son zamanlar ədəbi cameədə baş verən xırda hadisələr onu göstərir ki, Azərbaycan milli mətbəxi həqiqətən də çox zəngindir.

Belə ki milli mətbəximiz hətta ədəbiyyatımızı da öz əhatə dairəsinə alıb.

Burda baş tutan söz-söhbətlər, qalmaqallar ev xanımlarının mətbəx dedi-qodularından heç nəyi ilə fərqlənmir. Elə bil meyvələr söhbət eləyir.

Xüsusiylə xanıməfəndilərin ciddi ədəbi müzakirələri mətbəximizdəki bişməmiş, alaçiy əsərlərin, dibi yanmış sözlərin, boyat cümlələrin, hələ dəmlənməmiş şeirlərin əbədi yaşayacağını və geci-tezi dünya mətbəxinə çıxacağını bir daha sübut edir.

Ancaq problem təkcə bunda deyil. Təkcə bu olsa dərd yarıdı.

Milli ədəbi mətbəximizdə ömründə bircə dəfə də olsun yumurta qırmayan bəy və xanıməfəndilərin hamısı nəinki aşpaz, baş aşpaz, (və yaxud baş aşpazə!) olmaq istəyirlər.

Hələ adam qorxur ki, elə bir vaxt gələ Shou TV-dəki “Şeflərin Düellosu” verilişinə alternativ bir proqram hazırlana, adını da qoyalar ədəbi aşpazlarımızın (yaxud aşpazələrimizin!) dueli.

Əgər AYB-nin gecikmiş qurultayında belə bir rəy irəli sürülsə, mənə elə gəlir ki, çoxları
"Ulduz" jurnalının Aysel Əlizadənin redaktorluğu ilə çıxmış son sayı
"Ulduz" jurnalının Aysel Əlizadənin redaktorluğu ilə çıxmış son sayı
çömçəsini yuxarı qaldıracaq.

Bizim ədəbi aşpazların duelində münsiflər heyətini təsəvvür eləmək bir o qədər də çətin deyil. Onlar yəqin ki, Facebook sosial şəbəkəsinin ən fəal üzvləri arasından seçiləcəklər. Çünki bu aşpazların keçən əsrdən qalma xörəklərinə ancaq onlar qaşıq bulaya bilərlər.

Bu yaxınlarda zəngin ədəbi mətbəxi ilə seçilən “Ulduz” jurnalının süfrəsində gənc yazarları bir araya gətirən Aysel Əlizadə də baş aşpazə olmaq iddiasında bulunub.

Onun milli ədəbi mətbəximizdəki təcrübəsi nə qədər çox olsa da, “Ulduz” un süfrəsinə düzdüyü naz-nemətlərin duzu da bir o qədər azıydı.

Tanınmış tənqidçi Əsəd Cahangir də eləməyib tənbəllik Aysel xanımın işinə bir az duz səpib ki, dadlı olsun.

Əsəd Cahangir yaxşı deyib ki, redaktorluq iddiasında bulunan gənclərdən hələ baş aşpaz (aşpazə!) olmaz! Onlar hələ gedib soğan soymağı, düyü arıtlamağı, heç olmasa qab yumağı öyrənməlidirlər.

Əsəd ustaddı. O, bu yolları çoxdan keçib. Yaşı da az deyil. Əsəddən söz düşmüşkən deyim ki, vaxtıyla Əsədin mətbəxində şorba qaynadanlar indi Qan Turalının mətbəxində hoqqa qaynadırlar.

Belələrini anlamıram. Nə isə...

Qayıdaq Aysel Əlizadə xanıməfəndiyə. Qonum-qonşuda, Facebookda-zadda, qapıda-
Aysel Əlizadə
Aysel Əlizadə
bacada nə qədər xanım-xatun aşpazə varsa, hamısını yığıb ətrafına, düşüb ortalığa ki, bəs nolub, nolub, ay camaat mən jurnal çıxarmışam, özü də isti-isti, lap yeməli.

Jurnalımda Yeganə Cansail adında bir yazar var. Onun hekayəsində ilk cümlə təxminən belə başlayır. “Kafeyə üz tutub səhərəcən barda əyləşdim”.

Günel Xəzəl adlı ayrı bir xanım yazarım isə hekayəsində deyir ki, addım-addım pilləkənləri aşağıya düşdüm.

Bu cümlələrə alternativ göstərmək istəmirəm. Yəqin ki, hər kəsə aydındır. Bir sözlə demək istəyirəm ki, dərgidə çap olunan bütün yazıların bilavasitə müəllifi elə Aysel xanımın özüdür.

Çünki bu jurnal bir sınaq idi və rəylər göstərdi ki, Aysel Əlizadə bu sınaqda üzüağ çıxa bilmədi. Eybi yox! Sınaqdan üzüağ çıxmasa da, Aysel xanımın üzü ağdır.

P.S. “Ulduz” jurnalının əvvəlki sayına məsul gənc yazarlar da heç bu aşpazlıq sənətini hələ yaxşı mənimsəmədiklərini göstərdilər.


Polemikaya qoşulmaq istəyənər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG