Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Sumqayıtda zavodda yanğın davam edir


“Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də yanğın daha da güclənib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, güclənən yanğının qarşısını almaq üçün əlavə qüvvələr cəlb olunub.

Sentyabrın 17-də Sumqayıtda bu zavodda yanğın və partlayış olub.
Partlayışlar ara-sıra davam edib. İlkin ehtimala görə, Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub.

Hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirlər görür.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, partlayış nəticəsində 6 nəfər ölüb.
XS
SM
MD
LG