Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümü «Park Bulvar»da açır


«Yatmış gözəl» tamaşası
«Yatmış gözəl» tamaşası
-
Sentyabrın 17-də saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 85-ci teatr mövsümünə «Park Bulvar»da «Yatmış gözəl» tamaşası ilə start verəcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, yeni dərs ilinin başlanmasına həsr olunmuş tamaşanı məktəblilərlə bərabər, valideynlər və Milli Parkda gəzintiyə çıxmış Bakının qonaqları da seyr edəcək.

Teatrda yeni mövsümün ilk premyerası sentyabrın 22-də nümayiş etdiriləcək.

Həmin gün Kamran AğabalayevNicat Kazımovun «Rəvayəti-Şahzadeyi-Xəzər» tamaşası nümayiş olunacaq.

İkihissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçusu müəlliflərdən biri - Nicat Kazımovdur.

Daha sonra «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşası nümayiş etdiriləcək.

Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir.

«Rəvayəti-Şahzadeyi-Xəzər» sentyabrın 22-də saat 12:00-da, «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşası isə həmin gün saat 19:00-da nümayiş etdiriləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG