Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:46

Milli İnternet Mükafatına start verilir


Sentyabrın 20-dən etibarən Milli İnternet Mükafatına start verilir. Azərbaycan İnternet Forumundan verilən məlumata görə, bu dəfə müsabiqəyə qurumların Facebook səhifələri üçün «Ən yaxşı sosial şəbəkə» və yeni saytların yaradılmasını stimullaşdırmaq üçün «StartUp 2012» nominasiyaları da əlavə olunub. Ümumilikdə, MilliNet 2012 müsabiqəsi 13 nominasiya üzrə həyata keçiriləcək.

Müsabiqədə iştirak üçün qeydiyyat prosesi 20 sentyabrdan başlayır və noyabrın sonunda başa çatır. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Seçimlər AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti tərəfindən aparılacaq. Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

Azərbaycan İnternet Forumunun məlumatına görə, müsabiqənin məqsədi ölkədə İKT sektorunun, xüsusilə də İnternetin inkişafına kömək etmək, ən yaxşı milli internet resursların təbliğini aparmaq və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
XS
SM
MD
LG