Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:30

Benqazidəki konsulluğa hücumla bağlı 4 nəfər saxlanılıb


ABŞ-ın Benqazidəki konsulluğuna hücumla bağlı 50 şübhəlinin saxlanması doğru deyil. Bu haqda Liviyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Liviya parlamentinin sədri Muhammad Magarief hadisə ilə ba\lı 50 nəfərin saxlandığını bildirmişdi.

Liviya Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, 4 şübhəli saxlanıb. 50 nəfər isə şahid qismində dindirilib.

Sentyabrın 12-də bir qrup silahlı adam ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırmışdı. Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin 3 əməkdaşı ölmüşdü.

Liviyanın hakimiyyət orqanları bildirib ki, hücum əvvəlcədən planlaşdırılıbmış.
XS
SM
MD
LG