Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 21:09

Azərbaycanda məktəbli intihar edib

Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb. Bu barədə Xəzər Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, intihar faktı sentyabrın 16-da Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpus, ev 12 ünvanında qeydə alınıb.

2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O, orta məktəbdə oxuyurdu.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG