Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar


Sentyabrın 15-də Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu Mehmet Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Turnirdə iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal əldə ediblər.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə Azərbaycanın 3 güləşçisi qüvvəsini sınayıb. Onların hər biri fəxri kürsüdə yer tutub.

50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.
XS
SM
MD
LG