Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:43

Türkiyədə terror aktı törədilib

Türkiyənin cənub-şərqində törədilmiş partlayışda 8 polis ölüb, 9-u isə yaralanıb.

Terror aktı Binqel əyalətində polislər yoldan ötərkən törədilib.

Hakim dairələr buna görə cavabdehliyi kürd separatçılarının üzərinə atır.

Hazırda Türkiyə ordusu ölkənin cənub-şərq rayonlarında kürd yaraqlılarına qarşı irimiqyaslı əməliyyat aparır.

Əməliyyatda 5 mindək hərbçi iştirak edir.

Son 3 gün ərzində 28 yaraqlının öldürüldüyü bildirilir.
This item is part of
XS
SM
MD
LG