Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Moskvada "Milyonların yürüşü" başlayıb


Foto arxiv
Foto arxiv
Rusiya müxalifəti ölkədə sosial və siyasi islahatlar aparılmasını tələb edir.

Müxalifət liderlərindən biri Sergey Udaltsov yürüşdə çıxış edərkən deyib ki, müxalifət ölkədə siyasi repressiyalara son qoyulması, vaxtındanəvvəl prezident və parlament seçkiləri keçirilməsi, habelə az təminatlı ailələrə dövlət yardımının artırılmasını tələb edir.

Elektrik-mhəndis Andrey Sarokin deyir ki,
bu boyda təbii ehtiyyatları olan varlı bir ölkədə xalq tamamilə yoxsulluq içində yaşayır.
Çünki Putinin ətrafındakı kiçik bir qrup bütün təbii ehtiyyatları, ölkənin var-dövlətini zəbt edib.

Şəhər təhbərliyi 25 minlik mitinqə icazə versə də onda 50 min adamın iştirakı gözlənilir.

Həmçinin ölkənin digər yerlərində eyni tələblə aksiyalar keçirilir.

Təhlükəsizliyin təmin edilməsinə 7 minədək polis cəlb edilib.
XS
SM
MD
LG