Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:18

Bakıda tələbələr üçün 16 mərtəbəli yataqxanalar tikiləcək


-
Yaxın bir ay ərzində Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq.

Bunu Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev deyib.

«BDU-nun 1960-cı illərdə tikilmiş 5-mərtəbəli 9 yataqxanası söküləcək. Onların yerində daha müasir, 16 mərtəbəli yataqxanalar tikiləcək. Həmin yataqxanalarda 10 minə yaxın tələbə yaşaya biləcək».

Yeni yataqxanaların bir hissəsinin 2013-cü ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulur.

Yataqxanalarda məskunlaşmış 2972 köçkün ailəsi Abşeron rayonunda salınmış köçkün şəhərciyinə köçürüləcək. /Trend/
XS
SM
MD
LG