Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin cəza müddəti azaldıldı


-
14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin cəzası bir ay azaldılıb.

Məlumatı «Media forum» saytına vəkil Xalid Bağırov verib.

Sentyabrın 12-si həbsxanada Vidadi İsgəndərlinin məhkəməsi keçirilib:

«Vidadi İsgəndərlinin ittiham olunduğu maddələrdən biri də Cinayət Məcəlləsinin «Döymə» maddəsi idi. Bu maddə ilə ona 4 ay cəza verilib. Bir müddət əvvəl həmin maddə Cinayət Məcəlləsinin çıxarılıb. Məhkəmə keçirilib və döyməyə görə aldığı cəza Vidadi İsgəndərlinin üzərindən götürülüb, cəza müddəti 1 ay azalıb. Amma biz bununla razı deyilik. Hesab edirik ki, cəza müddəti 4 ay azaldılmalı idi».

Vəkil qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcəklərini bildirib.

2011-ci ilin aprelində həbs olunan Vidadi İsgəndərli 3 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG