Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Köçkünlər şam işığında otururlar


Foto: Arxiv
Foto: Arxiv
-
Nizami rayonu, Elşən Süleymanov küçəsindəki yarımtikili binada 17 ildir məskunlaşmış köçkünlər şam işığında oturublar.

Bunu «Qaynar xətt»ə binada yaşayan köçkün Azər İsmayılov bildirib. O, son vaxtlar binada tez-tez işıqların söndürüldüyünü deyir:

«Avqust ayından işığı söndürürlər, yandırırlar. Gedirik Nizami rayon işıq idarəsinə, deyirlər ki, borcunuz var. Məcburi köçkünlərin işıqpulunu «Qaçqınkom» ödəyirsə, bizim necə borcumuz yarana bilər? Şəxsən mənim işığa borcum yoxdur. Niyə qaranlıqda qalmalıyam? Bizə konkret deyən yoxdur ki, ay filankəs, sənin işığa konkret bu qədər borcun var. Elə ümumi şəkildə deyirlər ki, binanın borcu var, vəssalam».

Azər İsmayılov deyir ki, işıq idarəsinə üz tutanda, onları arxayın edib yola salırlar. Vəd yerinə yetsə də, köçkünlərin sevinci çox çəkmir ki, yenə qaranlıqda qalırlar:

«İdarədən də neçə nömrə veriblər ki, bura gəlməyin, nə sözünüz varsa, zəng edin bildirin. O nömrələrə nə qədər zəng ediriksə, dəstəyi qaldıran yoxdur».

Nizami rayon İşıq İdarəsindən «Qaynar xətt»ə bildiriblər ki, Elşən Süleymanov küçəsində köçkünlərin məskunlaşdığı 142 saylı binaya hazırda elektrik enerjisinin verilişi bərpa olunub. Ancaq bununla belə, köçkünlər limitdən artıq istifadə etdikləri elektrik enerjisinə görə yığılıb qalmış borclarını ödəməlidirlər. Çünki binaya elektrik enerjisi bir şit vasitəsilə ötürüldüyündən, borclu abonentlərin işıqları kəsilərkən bütün köçkün ailələri işıqsız qalmalı olur.
XS
SM
MD
LG