Keçid linkləri

2024, 20 İyun, Cümə axşamı, Bakı vaxtı 10:15

Avropalı nazirlər Yunanıstana yığışıb


Avropa Birliyi və Yunanıstan bayraqları
Avropa Birliyi və Yunanıstan bayraqları
Avropanın maliyyə nazirləri sentyabrın 14-də Yunanıstanın iqtisadi böhranı ilə bağlı müzakirə aparmaq üçün Kiprə iki günlük səfərə gediblər.

Niderland maliyyə naziri Jan Kees de Jager deyib ki, Afinaya Avropa Birliyinin «xilasetmə şərtlərinə» əməl etməsi üçün daha çox vaxt verilə bilər, lakin bundan sonra Yunanıstanın Avropa tərəfdaşlarından pul gəlməyəcək.

«Vaxt verilə bilər, amma əlavə pul yox», de Jager bildirib.

Avstriya və Fransa rəsmiləri də Yunanıstana vaxt verilməsinin tərəfdarı olduqlarını açıqlayıblar.

Beynəlxalq Valyuta Fondunun sözçüsü Gerry Rice deyib ki, möhlət verilməsi üçün «yaxşı dəlillər» var.

Yunanıstan böhrandan çıxmaq üçün 2010-cu ilin may ayından bəri beynəlxalq yardımlara üz tutub, əvəzində isə bəzi ağır iqtisadi şərtlərə boyun əyməli olub.

Yeni mühafizəkar yunan hökuməti büdcə defisitini azaltmaq üçün qoyulan vaxtı daha iki il uzatmaq istəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG