Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:16

Pussy Riot “Fikir Azadlığı”na namizəddir


Avropa Parlamentinin “Fikir Azadlığı” mükafatına 5 namizəd arasında Rusiyalı feminist musiqi qrupu Pussy Riot üzvlərinin də adları var.

2 illik həbsə atılan Pussy Riot üzvləri Moskva kilsəsində hökumət əleyhinə etirazlarına görə nominantlar siyahısında “cəsarətli, möhtəşəm və yaradıcı” deyə qeyd olunurlar.

Vyasna İnsan Hüquqları Mərkəzinin məhbus sədri Byalyatski də namizədlər arasındadır.

Mükafatın qalibi ilə bağlı qərar oktyabrın sonunda veriləcək, dekabrda isə təltifedilmə mərasimi təşkil olunacaq.

Avropa Parlamenti 1988-ci ildən bəri hər il insan haqları və demokratiya mübarizəsinə önəmli töhfələri olan şəxslərə və ya qurumlara Saxarov Fikir Azadlığı mükafatı verir. “Fikir Azadlığı”na layiq görülənlər arasında Ərəb Baharı etirzçıları və Rusiyanın Memorial insan hüquqları qrupu olub.
XS
SM
MD
LG