Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:37

Avropalı nazirlər Yunanıstana yığışıb


Avropanın maliyyə nazirləri sentyabrın 14-də Yunanıstanda iqtisadi böhranla bağlı müzakirə aparmaq üçün Kiprə iki günlük səfərə gəliblər.

Niderland maliyyə naziri Jan Kees de Jager deyib ki, Afinaya Avropa Birliyinin “xilasetmə şərtlərinə” əməl etməsi üçün daha çox vaxt verilə bilər, lakin bundan sonra Yunanıstanın Avropa tərəfdaşlarından pul gəlməyəcək.

“Vaxt verilə bilər, amma əlavə pul yox”, de Jager bildirib.

Avstriya və Fransa rəsmiləri də Yunanıstana bir qədər vaxt verilməsinin tərəfdarı olduqlarını açıqlayıblar.

Beynəlxalq Valyuta Fondunun sözçüsü Gerry Rice deyib ki, Yunanıstanın vaxtının uzadılması üçün “yaxşı dəlillər” var.

Yunanıstan böhrandan çıxmaq üçün 2010-cu ilin may ayından bəri beynəlxalq yardımlara üz tutub, əvəzində isə bəzi ağır iqtisadi şərtlərə boyun əyməli olub.

Yeni mühafizəkar yunan hökuməti büdcə defisitini azaltmaq üçün qoyulan vaxtı daha iki il uzatmaq istəyir.
XS
SM
MD
LG