Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Gəncədə 30 min yerlik stadion inşa ediləcək


Bu barədə Gəncə şəhər icra hakimiyyətindən məlumat verilib. Məlumata görə, yaxın vaxtlarda Gəncədə müasir tələblərə uyğun 30 min yerlik yeni stadion inşa olunacaq.

Həmçinin Gəncədə yeni futbol meydançalarının tikintisi də planlaşdırılır. Əsasən şəhərdəki orta təhsil məktəblərinin hər birində yeni futbol meydançalarının, eləcə də məhəllələrdə sözügedən qurğuların tikintisi həyata keçiriləcək.

İlkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 futbol meydançası tikilib istifadəyə veriləcək.
XS
SM
MD
LG