Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

«Flora Kərimova ilə İlhamə Quliyeva barışır»


İlhamə Quliyeva və Flora Kərimova
İlhamə Quliyeva və Flora Kərimova

Azərbaycan mediasını sınamaq üçün belə bir saxta məlumat yayıldı Jurnalist araşdırması aparan Kulis.az saytının bu cəhdi İlhamə Quilyevanın prodüsserinin qəzəbinə səbəb oldu.

Azərbaycan mediasını sınamaq üçün belə bir saxta məlumat yayıldı. Jurnalist araşdırması aparan Kulis.az saytının bu cəhdi İlhamə Quilyevanın prodüserinin qəzəbinə

AzadliqFM - 14.09.12 Video

Verilişin videosuna burada bax

səbəb oldu.
İlhamə Quliyevanın prodüseri adından saxta elektron ünvan açıb medianı tələyə salmaq istədilər.

Kulis.az-ın bu tələsinə kim düşdü?

«Təcrübə obyekti» olan prodüser niyə qəzəblənib?

Kulis.az saytının redaktoru Qan Turalı studiyanın qonağı oldu. Müğənnilər İlhamə QuliyevaFlora Kərimova, media məsələləri üzrə ekspert Zeynal Məmmədli telefonla verilişə qoşulub məsələyə öz münasibətlərini açıqladılar.

Qan Turalı: «Planlaşdırmada danışırdıq ki, saytlar bir-birinin xəbərini dərc edir. Onda belə fikir ortaya atıldı ki, gəlin, bir məlumat düzəldib yayaq, görək, reaksiya necə olur? Dərhal çap edirlər, ya yoxlayırlar? Flora Kərimova ilə İlhamə Quliyevanın barışması haqqında bir xəbər hazırladıq. Yəni elə bir xəbər ki, kiminsə qüruruna toxunmasın, xoş niyyətli olsun. Biz məsuliyyət daşımırıq, çünki kütləvi biz yaymamışıq, bu xəbəri kütləvi yayan məsuliyyət daşıyır. Biz ondan çox sayta göndərdik bu məlumatı. Yalnız 3-ü dərc elədi, biri olduğu, o birilər dezinformasiya kimi».

İlhamə Quliyeva: «Mən bu xəbəri çox mənfi qarşıladım. Etika var, mədəniyyət var. Bunu saytlara verməzdən qabaq prodüserim Lamiyə xanımı xəbərdar eləməli idilər. Bunlar elə bil ara adamının üstündə eksperiment edirlər. Lamiyə xanım tanınmış bir jurnalistdir, rejissordur. Nə eksperiment? Bu ağacdır, soğandı, kartofdu, nədi? Çox etikadan kənar olan bir şeydir. Mənə də, Lamiyə xanıma da, elə Flora xanımın özünə də təhqirdir. Biz neçə illərin böyük sənətkarıyıq, uşağıq onlar üçün? Məhkəməyə verəcəyik, təzminatı da uşaq evinə köçürəcəyik. Hesab eləyirəm ki, onlar Lamiyə xanımdan üzr istəməlidirlər».

Flora Kərimova: «Mənə nə qədər adam zəng elədi ki, belə bir xəbər eşitmişik. Çox hiddətləndim ta ki həqiqəti bilənə qədər. Həqiqəti öyrənəndən sonra isə anladım bu eksperimentin mahiyyətini. Etirazım yoxdur, hətta təşəkkür edirəm ki, yoxlanmamış məlumatları yayan saytların ünvanını göstərdilər. Heç bir üzr istəməməlisiniz. Məndən üzr istəməyə ehtiyac yoxdur. Çünki bu sınaq ümumi işə böyük bir köməkdir. Özünüzü zərbə altına qoydunuz, amma bu sınağı həyata keçirdiz. Sizə sağ ol deyirəm. Məhkəmə söhbətini etmək ayıbdır. Burda heç kəsin namusuna toxunulmayıb».

Zeynal Məmmədli: «Burda etik baxımdan önəmli bir məsələ var. Adətən ictimai önəmli məsələlərdə bu cür yanaşma tətbiq edilir. Yəni sənətdən, səhnədən, ədəbiyyatdan, hətta idmandan yox, daha önəmli olan ictimai sahələrə aid məsələlər seçmək olar. Burda subyektivlik məqbul sayılır. Adamlar bilməlidir ki, sosial mediada yayılan bilgilər təsdiqlənməyən bilgilərdir. Amma bunun qarşısına qırmızı işıq yandırılmağın tərəfdarı deyiləm. Əgər eksperiment aparırsansa, peşəkar davranış onu tələb edir ki, sınaqda adı hallanan adamlarla bəlli bir razılaşmaya gedəsən. Onları öncədən xəbərdar etməlisən ki, məhkəmə obyektinə çevrilməyəsən».

Verilşin tam səs yazısına qulaq as:
XS
SM
MD
LG