Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:39

Əli Həsənov: " Bu təhdidlər Ermənistanın dövlət siyasətidir"


Azerbaijan -- Ali Hasanov, President's Office Socio-political Department chief, Baku, 09Nov2007
Azerbaijan -- Ali Hasanov, President's Office Socio-political Department chief, Baku, 09Nov2007
“Ermənilər, onların lobbi təşkilatları və əvvəllər ağır terror hadisələri törətmiş ASALA kimi terror təşkilatlarının Azərbaycana qarşı qisasçılıq hərəkətləri və ya terror planlaşdırdıqları barədə məlumatlar sızır və bu informasiya bizdə də var ”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O, artıq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və xaricdə yaşayan azərbaycanlılara
qarşı təhdidlər olduğunu və buna qarşı lazımi tədbirlər görüldüyünü bildirib.

Əli Həsənov qeyd edib ki, bu, təkcə erməni terror təşkilatları və ya ayrı-ayrı erməni lobbi təşkilatlarının siyasəti yox, Ermənistanın dövlət siyasətidir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin erməni zabitini öldürmüş azərbaycanlı zabit Ramil Səfərovu əfv etməsindən sonra Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarına bu cür təhdidlər olması barədə məlumatlar yayılıb.
XS
SM
MD
LG