Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 14:52

Təhsil Nazirliyi 225 diplomu tanımadı

Təhsil Nazirliyi
Təhsil Nazirliyi
-
Bu ilin ötən dövründə Təhsil Nazirliyinə diplomların tanınması və nostrifikasiyası ilə əlaqədar 1854 müraciət daxil olub.

Həmin müraciətlərdən 1403-ü müsbət həll edilib.

Təqdim edilmiş sənədlərin araşdırılması zamanı 225 müraciət üzrə qeyri-qanuni fakt aşkarlanıb və həmin sənədlərin tanınmaması barədə qərar qəbul olunub.

226 müraciət isə baxılma mərhələsindədir.

Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayıb. /ANS/
​
XS
SM
MD
LG