Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:17

Tikinti şirkəti zərərçəkənlərin pulunu tam ödəyib


-
Vətəndaşları aldadan tikinti şirkəti zərərçəkənlərin pulunu tam ödəyib.

Baş Prokurorluğun sentyabrın 13-də yaydığı məlumatda deyilir ki, «AQ İnşaatçı Servis» MMC-nin direktoru Şakir Əliyev 2010-2011-ci illərdə Nəsimi rayonunda inşa etdikləri 21 mərtəbəli binadan mənzil alanları aldadıb.

Məlumatda həmin şəxsin mənzillərin pulunu tam alıb, onlara ciddi kassa mədaxil orderləri olmayan sənədlər verdiyi qeyd edilir:

«Bundan başqa, Bakı sakini Rəşid Qəhrəmanov Ş.Əliyevlə əlbir olaraq həmin binada yerləşən satılmış mənzili başqa vətəndaşa təkrar satmaqla onun külli miqdarda əmlakını ələ keçirərək dələduzluq ediblər. Ümumilikdə vətəndaşlara vurulmuş 3 milyon 52 min 625 manat maddi ziyanın istintaq zamanı tam ödətdirilməsi təmin edilib».

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
XS
SM
MD
LG