Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 09:34

ABŞ-ın Yəməndəki səfirliyinə hücum olub

Bu gün Yəmənin paytaxtı Sanada ABŞ səfirliyinə hücum olub. Hücum edənlər ABŞ-da Məhəmməd peyğəmbər barədə çəkilmiş filmə etiraz ediblər. Nümayişçilərin səfirliyin həyətinə girsə də binaya daxil ola bilməyib.

Şahidlər səfirlik binası ətrafında çoxlu sayda maşınların yandırıldığını bildirir. Səfirliyin lövhəsi çıxardılıb, ABŞ bayrağı yandırılıb. Polis nümayişçilərə atəş açıb.

Bir qrup silahlı adam dünən ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırıblar. Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.
This item is part of
XS
SM
MD
LG