Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:25

AXCP gəncləri ipoteka ilə bağlı kampaniyaya başlayıblar


AXCP-nin Gəclər Komitəsi «Hər gəncin evi olsun» devizi altında kampaniyaya başlayıb. Komitə bununla bağlı sosial şəbəkələrdə video rolik yayıb.

Komitə sədri Əbülfəz Qurbanlının AzadlıqRadiosuna dediyinə görə, ATƏT-də keçirdikləri təlimlərə uyğun olaraq hazırladıqları sosial roliklə ipoteka kreditlərinin nə qədər ağır şərtlərlə verildiyini diqqətə çatdırmaq istəyiblər.

«İndiki ipoteka kreditləri gənclər üçün sərfəli deyil. 18-dən çox sənəd, 600 manat maaş tələb olunur. Bu olduqca ağır şərtlərdir. İndi ölkədə 600 manat maaş alan gənc ailələr çox azdır. İpoteka Fondundan buna görə 20 milyon manat vəsait ayrılıb. İndiyə qədər 400 ailə evlə təmin olunub, amma ölkədə 400 mindən çox evsiz gənc ailə var. Bu templə getsə gənclərin evlə təminatı illərlə uzana bilər».

İki gün əvvəl yayılan video rolikdə AXCP Gənclər Komitəsi partiyanın ipoteka krediti ilə bağlı təklifləri də yer alıb. Əbülfəz Qurbanlı deyir ki, onlar bu kampaniyanın bir müddət davam etdirmək fikrindədirlər.
XS
SM
MD
LG