Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

ABŞ Liviyaya 2 hərbi gəmi və 50 dəniz piyadası göndərib


ABŞ Benqazidə səfir Christopher Stevensin öldürülməsindən sonra Liviyaya 2 hərbi gəmi və 50 dəniz piyadası göndərib. Hərbçilər Tripolidəki Liviya səfirliyinin mühafizə edəcəklər.

Amerikalılar Benqazidən çıxarılıb.

ABŞ bildirib ki, hücumda silahlı “Ansar ash-Sharia” və “Əl Qaidə islam Məqribində” qruplaşmalarının iştirakı istisna olunmur.

ABŞ prezidenti Barack Obama hücum edənlərin məsuliyyətə cəlb ediləcəklərini bildirib. O bu hücumun ölkəsi ilə Liviya arasındakı münasibətlərə zərər vurmayacağını da bildirib.


Bir qrup silahlı adam dünən ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırıblar. Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.
XS
SM
MD
LG