Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:51

Heydər Əliyev Fondu Həştərxanda körpü salıb


Həştərxanda Dostluq körpüsü
Həştərxanda Dostluq körpüsü
Sentyabrın 12-də Həştərxanda Azərbaycan və Rusiya Dostluq körpüsünün təntənəli açılışı olub. Mərasimdə Azərbaycan prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva da iştirak edib.

Mərasimdə məlumat verilib ki, piyadalar üçün Dostluq körpüsü Həştərxanda Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri - Qız qalası və Həştərxan Kremli əks olunan körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir.

Körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. O zaman Rusiyanın bu şəhərində Heydər Əliyevin abidəsi açılmışdı. Körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib. Amma tikintiyə nə qədər pul xərcləndiyi haqqında rəsmi məlumat verilmir.

Fondun dəstəyi ilə Heydər Əliyev parkında «Arzu» uşaq əyləncə şəhərciyinin də açılışı olub. Ümumi sahəsi təxminən 1200 kvadratmetr olan şəhərcikdə 7 böyük və bir neçə kiçik attraksion quraşdırılıb. Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.

AzərTAc dövlət informasiya agentliyi həmçinin xəbər verir ki, sentyabrın 12-də Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya «Həştərxan vilayəti qarşısında xidmətlərinə görə» ordeni təqdim edilib.

Həştərxanda ilk dəfə olduğunu deyən L. Əliyeva Cənubi Qafqaz dövlətlərinin bütün iqtisadiyyatının 70 faizdən çoxunun Azərbaycanın payına düşdüyünü və ən iri layihələrin Azərbaycanda reallaşdığını deyib. O, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan və Rusiya Dostluq körpüsünün inşasını başlanğıc adlandırıb və qarşıda böyük işlərin olduğunu deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG