Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Benqazidəki konsulluğa hücum əvvəlcədən planlaşdırılıbmış


ABŞ-ın Benqazidəki konsulluğuna hücum əvvəlcədən planlaşdırılıbmış. ABŞ bildirib ki, hücumda silahlı “Ansar ash-Sharia” və “Əl Qaidə islam Məqribində” qruplaşmalarının iştirakı istisna olunmur.

ABŞ prezidenti Barack Obama hücum edənlərin məsuliyyətə cəlb ediləcəklərini bildirib. O bu hücumun ölkəsi ilə Liviya arasındakı münasibətlərə zərər vurmayacağını da bildirib.


Obama hökumətə bütün dünyadakı ABŞ diplomatlarının təhlükəsizliyinin gücləndirilıməsini göstəriş verib.


Avropa Birliyi və NATO ittifaqı bu hücumu kəskin ittiham ediblər.

Bir qrup silahlı adam dünən ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırıblar. Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.
XS
SM
MD
LG